Kubaya hərbi müdaxilə olmayacaq.
Lent.az xəbər verir ki, bunu Ağ Ev rəhbəri Donald Tramp jurnalistlərə açqılamasında bildirib.
“Kuba və ABŞ razılaşma əldə edəcək. Düşünmürəm ki, hərbçilərə ehtiyacımız olacaq”, – Tramp deyib.
ABŞ Prezidenti Kubanın hazırda “çox pis vəziyyətdə” olduğunu və Vaşinqtonun bu ölkəyə yardım etmək istədiyini vurğulayıb:
“Biz Kubanı xalqımız üçün açmaq istəyirik. Geri qayıtmaq istəyən çox sayda kubalı-amerikalımız var”.