Əhmədinejada vəzifə verildi
05 avqust 2013 17:12 (UTC +04:00)

Əhmədinejada vəzifə verildi

İranın alı dini lider Əli Xamneyi avqustun 3-də prezident səlahiyyətlərini təhvil vermiş Mahmud Əhmədinejadı yeni vəzifəyə təyin edib.


 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Xamneyinin imzaladığı sərəncama əsasən M.Əhmədinejad digər eks-prezident Əli Əkbər Haşimi Rəfsəncaninin rəhbərlik etdiyi Sistemin Məsləhət Şurasının tərkibinə daxil edilib.

 

Şuranın əsas vəzifəsi İran parlamenti ilə Müşahidə Şurası arasında yaranan münaqişə halların həll edilməsidir. Şura üzvləri ali lider tərəfindən 5 illik müddətə təyin edilir.

# 1749
avatar

Oxşar yazılar