Səudiyyə Ərəbistanı Sudanın prezidentini İrana buraxmayıb
05 avqust 2013 20:29 (UTC +04:00)

Səudiyyə Ərəbistanı Sudanın prezidentini İrana buraxmayıb

Sudan prezidenti Ömər Bəşirin təyyarəsini Səudiyyə Ərəbistan öz hava məkanından buraxmayıb.

Lent.az-ın «Komsomolskaya pravda»-ya istinadən məlumatına görə, Sudan prezidenti İranın yeni hökumət başçısı Həsən Ruhaninin andiçmə mərasiminə gedirmiş. Ancaq Səudiyyə Ərəbistanının yol verməməsi ucbatından onun təyyarəsi geri dönüb.

 

Bu yasağın səbəb hələ açıqlanmayıb. Məlumata əsasən, Ömər Bəşir nədənsə prezident təyyarəsində deyil, Səudiyyə Ərəbistanına məxsus şirkətdən icarə edilən təyyarə ilə uçurmuş. 

# 691
avatar

Oxşar yazılar