Paltar yuyanda bu  SƏHVLƏRİ  etməyin
09 iyul 2021 19:33 (UTC +04:00)

Paltar yuyanda bu SƏHVLƏRİ etməyin

Hər kəsin paltar yumaq üsulu fərqli olur. Bəziləri öz təcrübəsinə əsaslanaraq yeni üsullar da kəşf edirlər. Paltarlarınızı təmiz və gözəl saxlamaq üçün etməniz lazım olan ilk şey, necə düzgün yuyulmasını öyrənməkdir. Çünki bəzən etdiyimiz səhv ən sevimli geyimimizi korlamaqla nəticələnə bilər.

Lent.az Türkiyə mətbuatına istinadən paltar yuyanda etdiyimiz 15 səhvi təqdim edir. Xanımlar, diqqətiniz Lent.az-da olsun. Paltar yuyarkən əsla bunları etməyin.

1. Səhv qruplaşdırma:

Bəziləri elə düşünür ki, eyni rəngdə olan geyimləri birlikdə yumaq olar. Amma bu belə deyil. Rənglərdən əlavə, parça növünə də diqqət yetirmək lazımdır. Məsələn, yun paltarları ayrı yuyulmalı, dəsmallar sintetik paltarlarla qarışdırılmamalıdır.

2. Yanlış üsullarla ləkələrin təmizlənməsi:

Geyimdə ləkə olan hissəni sərt şəkildə sürtsəniz bir müddət sonra orada kiçik dəlik də görə bilərsiniz. Bu zaman heç də təəccüblənməyin. Geyimlərdə ləkə bulaşan yeri yumşaq şəkildə yumaq lazımdır.

3. Həddindən artıq çox paltaryuyan maddədən istifadə etmək:

Bu əslində geyimlərin daha çox kirlənməsinə səbəb olur. Belə ki, çox paltaryuyan maddə, həm də çox köpük deməkdir. Belə olduqda kirlər köynəyin yaxa və qol hissələrinə toplanır. Paltarlarınızın daha da kirlənməsini istəməzsiniz elə deyilmi?

4. “Zamok”lara fikir verməmək:

Paltarların “zamok”ları yuyulmağa atılmadan öncə çəkilməlidir. Əks halda onun dişləri digər paltarlara ilişərək zədələyə bilər.

5. Düymələri bağlamaq:

Köynəklərin düyməsini açmağı heç vaxt unutmamalısınız. Əks təqdirdə düymələr düşə bilər.

6. Çimərlik geyimlərinin maşında yuyulması:

Çimərlik geyimlərini əsla paltaryuyan maşında yuymamalısınız. Soyuq suda əl ilə yumaq ən yaxşısıdır.

7. Paltaryuyan maşının istirahət etməsinə icazə verilməsi:

Bəziləri paltaryuyan maşını ardıcıl olaraq işlətmir. Buna səbəb onun tez zədələnməsi fikri olur. Ancaq səhv düşünürlər. Paltaryuyan maşının fasiləsiz çalışması, onun əvvəldən isti qalmasına görə, elektrikə də qənaət edir.

8. Yastıq və yorğan üçün qısa bir proqram işlətmək:

Yastıq və yorğanları paltaryuyan maşında yumaq fikriniz varsa, əsla qısa proqramı qurmayın. Çünki adətən tük və yun materiallar sabunlu suyu tərkibində saxlayır. Nəticədə də təmiz yuyulmamış olur.

 

 

# 4086
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar