Dərbənddən toydan qayıdan 10 nəfər qəzada öldü - FOTO
Rusiyanın Stavropol diyarında dəhşətli qəza baş verib. Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, azərbaycanlılar yaşayan Dərbənd şəhərindən toydan qayıdan 10 nəfərin kirayələdiyi “Qazel” markalı mikroavtobus gecə saatlarında Koçubey-Zelenokumsk-Mineralnıye Vodı avtomagistralında iri tonnajlı yük maşını ilə toqquşub. Biri uşaq olmaqla, sərnişinlərin hamısı həlak olub. Yük maşınının sürücüsü isə ağır yaralanıb.
Məlumata görə, həlak olanların hamısı qohumdurlar. Dərbənddən, yaxın qohumları Müsafir Ömərovun toy nişan mərasimindən gələn Ömərovlar yaşadıqları Böyük Calqa kəndinə qayıdarkən qəzaya düşüblər. Ən faciəlisi odur ki, “Qazel”də həlak olan Luiza Ömərovanın bu gün toyu olacaqmış.
Ekspertlərin ilkin rəyinə görə, “Qazell”in sürücüsü yuxulu olub və yük maşınının yoluna çıxıb.
Səbuhi

Oxşar yazılar
Həmkəndlisinə avtomat silahdan atəş açan qazi həbs edildi
4 avqust 2025 , 00:15
Bakı–Quba yolunun kənarında yanğın - VİDEO
3 avqust 2025 , 23:04
Xaçmazda meşə yanır
3 avqust 2025 , 20:04
Tərtərdə şəhidin qardaşı boğuldu, 3 nəfər xilas edildi-YENİLƏNİB
3 avqust 2025 , 19:49
Gədəbəydə ağır qəza-Ölənlər və yaralananlar var
3 avqust 2025 , 19:09
Bakıda itkin sayılan 20 yaşlı qadın polisə belə deyib...
3 avqust 2025 , 17:27
Külək dam örtüyünü avtomobillərin üzərinə aşırdı
3 avqust 2025 , 16:16