Günün tarixi
0
0
1629. Səfəvi hökmdarı I Şah Abbas vəfat edib
1806. Britaniya Ümid Burnunu işğal edib
1809. Amerikalı yazıçı Edqar Po anadan olub
1853. Romada Cüzeppe Verdinin “Trubadur” operasının ilk tamaşası keçirilib
1903. İlk dəfə “Tour de France” velosiped yarışına start verilib
1920. Paris sülh konfransı Ali Şurasının hökumət başçıları Cənubi Qafqaz respublikalarının vəziyyətini müzakirə edib
1924. Azərbaycan SSR Xalq Komissarları Soveti ən zəruri mallar olan neftin, şəkərin, parçanın, şüşənin və s. ucuzlaşdırılması barədə qərar verib
1931. Azərbaycan Kommunist (bolşevik) Partiyasının XI qurultayı başlayıb. Qurultay işini 25 yanvarda başa çatdırıb
1938. “General Motors” dünyada ilk dəfə dizel mühərriklərin kütləvi istehsalına başlayıb
1944. Sovet qoşunları Novqorodu azad edib
1945. Sovet qoşunları Polşanın Krakov şəhərini azad edib
1946. İran BMT-dən SSRİ-nin onun daxili işlərinə qarışmamasını xahiş edib
1965. “Naxçıvan”, “Boksitoqorsk”, “Sevsk” və “Sebej” balıqçı gəmilərinin Berinq dənizində qəzaya uğraması nəticəsində 100 nəfər həlak olub
1966. İndira Qandi Hindistanın baş naziri seçilib
1986. İspaniya İsraili tanıyıb
1990. Azərbaycan:
Yanvarın 18-dən 19-na keçən gecə Cəlilabad və Biləsuvar rayonlarında Sovet-İran sərhədi qurğularının dağıdılmasının ardından minlərlə insan qohumlarını tapmaq üçün cənuba keçib. Naxçıvan MSSR Ali Soveti Muxtar Respublikanın SSRİ tərkibindən çıxması barədə qərar qəbul edib
saat 19.27. Xalqa məlumat verilməsini əngəlləmək üçün Azərbaycan Televiziyasının enerji bloku partladılıb
saat 20.00. SSRİ Ali Soveti 20 yanvar saat 00.00 dəqiqədən Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə qərar verib (lakin qərar xalqa elan olunmayıb)
Saat 23.00. Sovet qoşun hissələri Türkan-Qala istiqamətindən Bakı üzərinə hücuma başlayıb
1991. Səddam Hüseynin göstərişi ilə Fars körfəzinə 800 000 tondan artıq neft axıdılıb
1992. Referendumda Cənubi Osetiya əhalisinin 99%-i bölgənin Gürcüstanın tərkibindən çıxmasına səs verib
1992. Azərbaycan Respublikası Ali Sovetinin iclasında 20 Yanvar hadisələri ilə bağlı yaradılmış parlament komissiyasının (sədr akademik Mitəd Abbasov, müavin vitse-spiker Tamerlan Qarayev) hesabatı dinlənilib. Parlamentin qəbul etdiyi qərarda 20 Yanvar faciəsi SSRİ-nin ali hakimiyyət orqanlarının Azərbaycan xalqına və insanlığa qarşı ağır cinayəti kimi qiymətləndirilib
1993. Azərbaycan Respublikası Qırğızıstanla diplomatik əlaqələr qurub
1993. İsrail Fələstin Azadlıq Təşkilatını tanıyıb
1995. Rus qoşunu Qroznıdakı prezident sarayını ələ keçirib
2001. Avstraliyada virtual seks üçün robot patentləşdirilib
2007. Erməni əsilli jurnalist Hrant Dink İstanbulda qətlə yetirilib
2009. Gürcüstan Azərbaycanlılarının Milli Assambleyası Gürcüstanda Azərbaycan dilinə dövlət dili statusu verilməsi tələbi irəli sürüb
Günün aforizmi
“Azadlıq ağacı gənclərin qanı ilə suvarılmadıqca bəhrə verməz”.
Şeyx Məhəmməd Xiyabani