Sumqayıtda partlayış zamanı  yaralananların SON VƏZİYYƏTİ
23 mart 2026 15:04 (UTC +04:00)

Sumqayıtda partlayış zamanı yaralananların SON VƏZİYYƏTİ

0

Sumqayıt şəhəri, 7, 8 və 12-ci məhəllələrin kəsişməsində tonqal yandırılan zaman partlayış baş verməsi səbəbilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasında 1 nəfərin müalicəsi davam etdirilir.

TƏBİB-dən Lent.az-a bildirilib ki, qarının küt travması diaqnozu təyin olunan 13 yaşlı oğlanın vəziyyəti stabil qiymətləndirilir.

Dəqiqləşdirilməmiş kəllədaxili travma diaqnozu təyin olunan və vəziyyəti stabil olan 13 yaşlı qız ailə üzvlərinin yazılı iltizamnaməsi əsasında ambulator müalicə üçün evə buraxılıb.

Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunan bilək və əlin dəqiqləşdirilməmiş termiki yanığı diaqnozu təyin edilən 12 yaşlı oğlan isə ambulator müalicə üçün evə buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 280

Oxşar yazılar