Soyğunçuluq edən şəxs 14 il iş aldı
18 yanvar 2011 17:25 (UTC +04:00)

Soyğunçuluq edən şəxs 14 il iş aldı

0
Lent.az-ın xəbərinə görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, R.Qasımov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, R.Qasımov Nərimanov rayonundakı Fətəli xan Xoyski prospektində Bakı şəhər sakini Könül Məmmədovaya məxsus aptekə daxil olub, ona bıçaqla hədə-qorxu gələrək pul və tərkibində narkotik maddələr olan dərman preparatları tələb edib. Polis əməkdaşları tərəfindən saxlanılan R.Qasımovun üzərinə baxış keçirilərkən ondan 0,77 qram tiryək götürülüb.

R.Qasımov məhkəmədə ifadə verərkən narkotik aludəçisi olduğunu və cinayəti də bu üzdən törətdiyini deyib. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma, göndərmə) və 181-ci (soyğunçuluq) maddələri ilə ittiham olunub.

Şəhriyar Əlizadə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 552

Oxşar yazılar