Sərhədi keçən ermənilər Gədəbəydən 200 qoyun oğurladılar
03 iyun 2009 11:30 (UTC +04:00)

Sərhədi keçən ermənilər Gədəbəydən 200 qoyun oğurladılar

Çoban girov götürülsə də, sonradan buraxılıb


Ermənilər Gədəbəy sakinini girov götürüblər.


Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyunun 2-də saat 14.00 radələrində Gədəbəy rayonundakı "Ağdaş" adlanan ərazidə Qaravəllər kənd sakini İsrafil Həsənov kənd sakinlərinə məxsus 200 baş qoyunu otararkən erməni millətindən olan 2 nəfər onu ov tüfəngi ilə hədələyərək qoyunlarla birgə Ermənistan istiqamətində aparıb.


Daha sonra çobanı buraxıblar, ancaq qoyunları özləri ilə aparıblar. Araşdırmalar aparılır.
# 630

Oxşar yazılar