Elmi araşdırmalarda bəzən olduqca qeyri-adi üsullardan da istifadə olunur.
Lent.az xəbər verir ki, torpaqdakı mikroorqanizmlərin aktivliyini müəyyənləşdirmək üçün pambıq parçaların, o cümlədən alt paltarlarının torpağa basdırılması belə üsullardan biridir.
Parçanın nə qədər sürətlə parçalanması torpaqdakı bioloji aktivlik barədə məlumat verə bilər.
Mövzu ilk baxışdan gülməli görünsə də, bu üsul torpağın sağlamlığını və mikroorqanizmlərin fəaliyyətini qiymətləndirmək üçün elmi məqsədlə istifadə olunur.
İsveçrədə 1 000-dən çox könüllü pambıq alt paltarlarını torpağa basdırıb.
Məqsəd torpaqdakı mikroorqanizmlərin aktivliyini ölçmək olub: parça nə qədər tez parçalanırsa, torpaqdakı bioloji aktivliyin bir o qədər yüksək olduğu hesab edilir.