Şimali Kipr sahillərində sərnişin gəmisi batıb.
Lent.az xəbər verir ki, bu barədə Türkiyənin NTV telekanalı məlumat yayıb.
Gəmi Girnə şəhəri sahillərində, limandan ayrıldıqdan qısa müddət sonra, sahildən 4 mil (6,44 kilometr) uzaqlıqda öncə yana yatıb, daha sonra sürətlə batıb. Özəl şirkətə məxsus gəmi Girnə-Mersin marşrutu ilə hərəkət edirmiş.
Gəmidə 8-i heyət üzvü, 259 sərnişin olub.
Xilasetmə işlərinə 1 vertolyot, Sahil Mühafizə Xidmətinin 4 qayığı cəlb edilib.
Sahildəki özəl qayıqlar da xialsetmə əməliyyatında iştirak edir.
Şimali Kipr Türk Cümhuriyyəti ictimai işlər və nəqliyyat naziri Erhan Arıklı indiyə qədər 10 nəfərin xilas edildiyini bildirib.