Əsirlikdəki azərbaycanlı çavuş ailəsinə məktub yazıb
03 iyun 2009 12:30 (UTC +04:00)

Əsirlikdəki azərbaycanlı çavuş ailəsinə məktub yazıb

Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Xankəndindəki ofisinin nümayəndələri mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyevə baş çəkiblər.

Bu barədə APA-ya BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib. O deyib ki, mayın 29-da baş tutan görüş zamanı A. Hacıyevin saxlanma şəraitinin və səhhətinin monitorinqi keçirilib, onun təkbətək söhbət aparılıb. A. Hacıyev ailəsinə məktub göndərib. Dünən BQXK-nın Bərdə ofisinin nümayəndələri əsrin ailəsi ilə görüşüb. Bu gün A. Hacıyevin məktubu ailəsinə çatdırılacaq.

Çavuşun anası Nailə Məmmədova isə APA-ya bildirib ki, bu gün BQXK-nın yerli ofisindən oğlundan gələn məktubu götürəcək.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. Onun mayın 10-da saat 9.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürüldüyü bildirilib.
# 505

Oxşar yazılar