Mövqelərimiz atəşə tutulub
0
0
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələri martın 18-də saat 14.50-dən 15.00-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 11.58-dən 12.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutublar.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
0
0