Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, martın 4-ü gündüzdən 5-i səhərədək Bakıda və Abşeron yarımadasında, Xızı, Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Neftçala, Salyan, Şirvan, Sabirabad, Hacıqabul, Qobustan, Kəlbəcər, Laçın, Zəngilan, Füzuli, Qazax, Ağstafa, Tovuz, Gəncə, Daşkəsən, Gədəbəy, Goranboy, Naftalan, Yevlax, Tərtər, Bərdə və Mingəçevirdə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.
