Sumqayıt sakini keçmiş arvadını qətlə yetirdi
0
0
Sumqayıt şəhərində ağır qətl hadisəsi törədilib. Bu barədə APA-ya Sumqayıt Şəhər Prokurorluğundan bildirilib.
Hadisə bu gün saat 16.00 radələrində şəhərin 9-cu mikrorayon ərazisində yerləşən “Lüdviqshafen” parkında qeydə alınıb. Sumqayıt şəhər sakini, 30 yaşlı Taleh Hüseynov keçmiş həyat yoldaşı, 29 yaşlı Gülnarə Hüseynovanı bıçaqlayıb. Bədəninin müxtəlif nahiyələrindən çoxsaylı bıçaq xəsarətləri alan G. Hüseynova hadisə yerindəcə keçinib.
Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən T. Hüseynov saxlanılıb. O, qətli qısqanclıq zəminində törətdiyini etiraf edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.