Uşaqlıqdan dahi olanların QƏRİBƏ taleyi - Dözə bilmədilər
27 fevral 2026 11:28 (UTC +04:00)

Uşaqlıqdan dahi olanların QƏRİBƏ taleyi - Dözə bilmədilər

0

Dahi uşaqlar haqqında hekayələr nağıl kimi səslənsə də, real həyat çox vaxt gözəl ssenari ilə davam etmir. Psixoloqlar bildirirlər ki, erkən yaşda əldə olunan uğur gələcəkdə xoşbəxt və balanslı həyatın zəmanəti deyil. Keçmişin məşhur vunderkindlərinin taleləri bunu bir daha göstərir.

Lent.az onlar barədə məlumat verir.

William James Sidis

XX əsrin əvvəllərində ABŞ-da ən ağıllı uşaq kimi tanınan Uilyam Ceyms Saydis iki yaşında qəzet oxuyur, on bir yaşında isə Harvard Universitetinə daxil olur. Onun qeyri-adi qabiliyyəti cəmiyyətin böyük marağına səbəb olmuşdu.

Lakin yetkinlik dövründə o, ictimai təzyiqə tab gətirə bilmədi. Daim diqqət mərkəzində olmaq, yüksək gözləntilər və müqayisələr Saydisi yorurdu. O, sonradan diqqətdən uzaq yaşamağa üstünlük verdi və sadə, aşağı maaşlı işlərdə çalışdı.

Noriaki Kasai

Bənzər taleni yapon riyaziyyat dahisi Noriaki Kasai də yaşayıb. Uşaq yaşlarında mürəkkəb riyazi məsələləri həll edən Kasai, sonradan sakit və adi mühəndis karyerasını seçdi. Mütəxəssislər bildirirlər ki, bu cür qərarlar çox vaxt insanın daxili rahatlıq ehtiyacından qaynaqlanır.

Kim Ung-Yong

Digər məşhur nümunə isə yüksək IQ göstəricisi ilə tanınan koreyalı Kim Unq-Yonqdur. O, elmi yarışdan könüllü şəkildə uzaqlaşaraq mülki mühəndislik sahəsində professor oldu. Kim bildirib ki, sadə həyat yaşamaq istəyi onun psixoloji sağlamlığını qorumağa kömək edib.

Psixoloqların fikrincə, problemin kökü çox vaxt böyüklərin gözləntilərindədir. Uşaq daimi nəzarət və təzyiq altında böyüdükdə, öz istəklərini hiss etməkdə çətinlik çəkir. Erkən yaşda ağır zehni yüklənmə isə emosional tükənməyə səbəb ola bilər.

Psixiatrlar qeyd edirlər ki, uşaq beyni hər zaman üzərinə qoyulan böyük məsuliyyətə hazır olmur. Bunun nəticələri illər sonra motivasiya itkisi, depressiya və ya həyat istiqamətinin itməsi kimi üzə çıxa bilər.

Bəzi keçmiş vunderkindlər yaradıcılıq sahəsinə yönələrək özlərini tapırlar. Akademik yarışdan uzaqlaşmaq onlara daha sərbəst seçim imkanı verir. Lakin təzyiqə davam gətirə bilməyənlər də az deyil. Onların adları mediadan yox olur və onlar sakit, adi həyat sürməyə çalışırlar.

Müasir mütəxəssislər hesab edirlər ki, istedadlı uşaqları inkişaf etdirərkən tələskənlik və rekord yarışı yolverilməzdir. Uşaq “layihə” deyil. Ona seçim azadlığı, emosional dəstək və normal uşaqlıq mühiti lazımdır.

Keçmiş vunderkindlərin taleyi göstərir ki, yüksək intellekt xoşbəxtliyin qarantı deyil. Əsas olan balans, anlayış və uşağın öz tempində böyüməsinə imkan verməkdir. Bu halda istedad yükə yox, həqiqi resursa çevrilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar