Bakıda tuneldə avtobus aşdı: 4 yaralı
14 aprel 2011 11:28 (UTC +04:00)

Bakıda tuneldə avtobus aşdı: 4 yaralı

0
Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Moskva prospektində, “Şamaxinka” adlanan ərazidən keçən tuneldə “Mercedes” markalı 85 BX 364 nömrə nişanlı avtobus maneəyə çırpılıb və aşıb.


Nəticədə sərnişinlər - Nəhmətov Nemət Yaşar oğlu (1988), Mehdiyev Elvin Qasım oğlu (1986), Behgani Zöhrab Məmmədəli oğlu (1988) və Səmədova Maya Fərrux qızı (1962) müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar