AAYDA-da kütləvi ixtisarlar var? - AÇIQLAMA
11 mart 2026 16:53 (UTC +04:00)

AAYDA-da kütləvi ixtisarlar var? - AÇIQLAMA

0

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əməkdaşlarının kütləvi ixtisarı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Lent.az-a AAYDA-dan bildirilib ki, agentliyin bir sıra əməkdaşlarının işdən çıxarılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız və təhrif olunmuş məlumatlar yayılıb.

"Bəzi kütləvi informasiya vasitələrində və sosial media platformalarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin bir sıra əməkdaşlarının işdən çıxarılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız və təhrif olunmuş məlumatlar yayılmaqdadır.

Bununla bağlı bir daha bildiririk ki, Agentlikdə kadr məsələləri Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə və daxili normativ sənədlərə uyğun şəkildə tənzimlənir. Hər hansı dəyişiklik və ya qərar yalnız qanunvericiliyin tələbləri əsasında həyata keçirilir.

Eyni zamanda bəzi media resurslarında Agentliyin İdarə Heyəti sədrinin iki müavininin də işdən azad edilməsi ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılmışdır. Bildiririk ki, Agentliyin İdarə Heyəti sədrinin müavinlərinin vəzifəyə təyin olunması və vəzifədən azad edilməsi Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə həyata keçirilir. Bu səbəbdən həmin iddialar reallığı əks etdirmir.

Mətbuat nümayəndələrini və ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq. Qurumun işgüzar nüfuzuna xələl gətirən əsassız məlumatlarla bağlı qanunvericiliyə uyğun hüquqi qiymət veriləcəkdir". 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar