“Azərbaycanlıları erməniləşdirən “Tumanyan”ın valideynləri Şəkidə tapıldı – REPORTAJ
0
0
İndi Şəkidə hamının danışdığı bir mövzu var. Söhbət şəhərin «Dağ dibi» adlanan yerində yaşayan Bahadır kişinin qızı Hədiyyənin işləklərindən gedir. Artıq neçə gündür medianın diqqət mərkəzində olan mövzulardan biri də azərbaycanlıların «erməniləşdirilərək» Fransaya aparılması barədədir.
«Heç olmasa küçənin adını bilirsən?»
Bizi Şəki dəmiryolu vağzalından şəhərə gətirən taksi sürücüsü jurnalist olduğumuzu bilən kimi şirin ləhcəsi ilə özü söhbət açır: «Pah atonnan, belə işmi olar? Adam da millətini, vətənini danıb erməni «olmağa» razılaşar? Ha indi onlar nə vaxtsa Şəkiyə qayıtmayacaqlar? Camaatın üzünə necə çıxacaqlar?». Ardınca da bir-iki yağlı söyüş.
Sürücüdən «Dağ dibi» adlanan əraziyə sürməyi xahiş edirəm. Razılaşır, amma onu da xəbərdarlıq edir ki, «Dağ dibi» adlanan yer «balaca yer deyil».
- Heç olmasa küçənin adını bilirsən? Çünki «Dağ dibi» deyilən yerdə azı on min nəfər yaşayır.
Hə, əcəb işə düşdük. Amma sürücü ürək-dirək verir:
- Narahat olma, burda bir qohumum yaşayır, bəlkə o, bizə kömək edə. Sən burda bir çay iç, yoldan gəlmisən, 10 dəqiqəyə gəlirəm.
Şəhərin Fizuli parkında çayxanada əyləşib, adını belə bilmədiyim sürücünü gözləyirəm. Heç yol haqqını belə çatdırıb verməmişəm. Təxminən yarım saat keçir, amma ondan bir xəbər yoxdur. Mən artıq ikinci «çaynik»ə keçirəm.
Hardasa 15-20 dəqiqə keçəndən sonra parkın o başından tanış sima görünür. Bu ki Şirməmməd müəllimdir. Professor, ağsaqqalımız Şirməmməd Hüseynov. Səmimi görüşürük. 5 dəqiqəlik atüstü söhbət zamanı məlum olur ki, Şirməmməd müəllim doğma yurdunda həm istirahətdədir, həm də yaşının bu vədəsində iki kitab üzərində işləyir...
Bu da sürücü. Yanında da yaşı 70-ə çatan birisi. Onlar da Şirməmməd müəllimlə hal-əhval tuturlar. Beş dəqiqəlik söhbətdən sonra professorla ayrılmaq məcburiyyətində qalırıq. Elə yaxınlıqdakı başqa bir stola keçib, necə deyərlər, «Dağ dibi» «əməliyyatı»na hazırlaşırıq.
Amma əvvəlcə qısaca da olsa, oxucularımıza Şəki səfərinin məqsədini çatdıraq.
****
Söhbət ondan gedir ki, bir neçə gün əvvəl mətbuatda hazırda Fransanın Tuluza şəhərində mühacir həyatı yaşayan Rahim Tofiq oğlu Namazovun məktubu yayılıb. O, vaxtı ilə Şəkinin “Dağ dibi” deyilən ərazisində yaşayan Hədiyyə Bahadır qızı adlı qadının azərbaycanlı ailələri aldadaraq Fransanın Tuluza şəhərinə göndərib erməniləşdirməsi barədə olduqca ilginc məlumatlar verib.
R.Namazov prezidentə, milli təhlükəsizlik, xarici işlər nazirlərinə və digər səlahiyyətli qurumların rəhbərlərinə müraciət edərək, Azərbaycanda Hədiyyə Bahadıq qızı, Fransada isə Zina Tumanyan kimi tanınan bu qadın barəsində ölçü götürülməsini xahiş edir.
***
Qeyd edək ki, Namazov özü 2010-cu ildə ailəsi ilə birlikdə ölkəni tərk edərək Fransanın Tuluza şəhərinə mühacirət edib. (Bu məqama qayıdacağıq - S.M.)
O, Fransanın Tuluza şəhərindəki hoteldə Zina Tumanyanla (Hədiyyə Bahadır qızı) ilə rastlaşır. Məlum olur ki, «Tumanyan» azərbaycanlıları erməniləşdirərək, Fransada sığınacaq almasına kömək edir.
R.Namazov məktubunda “Zina Tumanyan”ın eyni ssenari ilə Fransanın Tuluza şəhərinə yollayıb, hotellərdə çürüməyə məhkum etdiyi bir neçə ailə barədə məlumat verir. Onun dediyinə görə, eyni ssenari ilə ər və ya arvadın erməni qarışığı olması haqda saxta sənədlər düzəldən Hədiyyə - «Zina Tumanyan böyük çetenin belə görə bilməyəcəyi işlə məşğuldur. Onların fəaliyyət sxemi belədir: Fransaya mühacirət etmək istəyən şəxs bandanın Bakıdakı üzvləri vasitəsilə öncə ana və ya atasının erməni olması haqda sənədləri Bakıdakı VVAQ şöbələrindən biri vasitəsilə əldə edirlər, sonra həmin insanlara viza təmin edilir. Onlar izi itirmək üçün birbaşa Fransaya yox, Almaniyaya yola salınır. Almaniyadakı adam onları qarşılayır, 3-4 gün evində qonaq edir və məhkəmədə nə deyəcəkləri haqda onlara təlim keçir. Sonra Zina Tumanyana təhvil verir. Ona və bandasına bunun müqabilində azı 6 min avro ödənilir və həmin şəxslər Fransa Miqrasiya İdarəsinə müraciət edərək, özlərinin erməni olduqlarını və Azərbaycanda dəhşətli işgəncələrə məruz qaldıqlarını deyirlər.
Hədiyyənin izi ilə
İndi əsas işimiz Hədiyyə Bahdır qızı Əhmdovanı – «Zina Tumanyanın» ən azı yaxınlarını, heç olmasa bir qurbanını tapmaq idi. Sürücü ağsaqqalı bizə təqdim edib, vacib işi olduğunu deyir. Hələ üstəlik qulağıma da pıçıldayır:
- Sən bilmirsən, bunlar mafiyadır. Nə desən gözləmək olar.
Olsun! İndilikdə isə əsas işimiz baş «mafioz»un - Hədiyyə Bahadır qızının ata yurdunu axtarmaqdır. Amma bəs görəsən orda kimsə qalırmı? Axı bir qədər əvvəl Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov verdiyi açıqlamasında elə beləcə də demişdi: «Adıçəkilən həmin Hədiyyə Bahadır qızı həqiqətən də var. Amma onların aldadılması, sənədlərinin saxtalaşdırılaraq erməniləşdirilməsi barədə məlumatlar düzgün deyil. Rahim Namazovun özü, məktubunda adını çəkdiyi Hədiyyə Bahadır qızı vaxtilə Şəkinin ”Dağ dibi" deyilən ərazisində yaşayıblar. Hədiyyə Bahadır qızı Tuluzada atası, anası, qardaşı və digər ailə üzvləri ilə yaşayır».
Ağsaqqalla bir stəkan çay içib, başqa bir taksiyə əyləşirik. «Dağ dibi» adlanan yerdə Bahadır kişinin evinin təxmini yerini bildiyini deyir.
- Bahadır kişini yaxşı tanıyıram. Əvvəllər elektrik işləyib. Sənə bir söz də deyim ha, çox ayıq kişidir. Arvadı Zərqələm evdar qadındır. Evdə kürə çörəyi bişirib satardı. Elə Hədiyyə də yadımda kölgəli də olsa qalıb. Bizim uşaqlarla bir məktəbdə 12 saylıda oxyuyub. Yox, nə cavan? Zənnim məni aldatmırsa, hardasa 45-dən çox olar yaşı. Sakit, başıaşağı qadın olmalıdı. Nə bilim, ay bala, dünyadı da. Allah şeytan lənət eləsin. Kimdən nə desən gözləmək olar».
«Dağ dibi» deyilən əraziyə gəlib çatırıq. Həmsöhbətimiz sürücüyə istiqamət verir. Nərimanov küçəsində maşını saxlayırıq.
- Burdan belə piyada gedək. Ağsaqqal tanıdığı bir qapını döyür. Deyir ki, bu evin sahibi onun qohumudur. Bahadır kişinin evi isə bu aralıqda olmalıdır.
Bizi səmimiyyətlə içəri dəvət edirlər. Gəlişimizin məqsədini bilən kimi ilk şok xəbər:
- Onlar «Dağ dibi»ndən çoxdan köçüblər. Evləri yanandan sonra. (Bu məqama da diqqət! –S.M.) Evin də yerini satıb gediblər. İndi onların evində tamam başqa adamlar qalır.
- Bəs hara köçüblər, Fransaya?
- Qızı (Hədiyyəni nəzərdə tutur-S.M.) ora köçüb. Uşaqlarını da ora aparıb. Gör neçə ildir görmürəm. Amma atası Bahadır kişi deyəsən rəhmətə gedib. Anası Zərqələm Şəkidə yaşamalıdır. Bundan artıq sizə heç nə deyə bilməyəcəm. Yəni məlumatım yoxdur.
- Bəs köçdükləri evin yerini necə öyrənə bilərik?
Ev sahibi başqa otağa keçib, telefonla bir-iki yerə zəng vurur. Mənimlə birgə gələn ağsaqqala bir ünvan deyir.
«İkinci blok, beşinci mərtəbə, sol qapı»
Sağollaşıb ayrılırıq. Tək getmək istədiyimi deyəndə razı olmur qoca bələdçim.
- Yad yerdir sənin üçün. Tək buraxası deyiləm ki?
Küçədən taksi saxlayıb, həmin ünvana gedirik. Beşmərtəbəli bir binanın həyətində dayanırıq.
Sürücü:
- İşiniz azdırsa gözləyim?
- Heç bilirik ki? - Ağsaqqal dillənir. Həyətdə heç kim gözə dəymir. Ağsaqqal balkondan baxan birisindən Zərqələmgilin mənzilini xəbər alır.
- İkinci blok, beşinci mərtəbə, sol qapı.
Üçüncü mərtəbəyə çatanda ağsaqqal məndən bir az səbirli olmağımı xahiş edir.
- Mən yerliyəm, necə olmasa da yaşıma görə, hörmət edərlər.
Qapını döyürük. Və ilk gördüymüzdə də ikinci şok yaşayırıq.
- Bıy! Salam, Bahadır kişi...
Yox, ölməyibmiş.
- Nə olub, nə lazımdır?
Bax bu yerdə ağsaqqal peşəkar reportyorluq qabiliyyəti nümayiş etdirir:
- Bahadır kişi, əvvəla dedilər guya rəhmətə getmisən.
- ... yeyir onu deyən. Sözünü de…
Yox, bu əsəb yiyəsilə danışmaq mümkün olmayacaq, deyəsən.
- A kişi, bir az səbrin olsun. Yəqin xəbərin var da, orda-burda yazırlar ki…
- (Danışmağa imkan vermir) Hamısı yalandır.
- Hə, hə, hamısı yalandır. Mən bilmirəm bunlar mənim balamdan nə istəyirlər - bu dəfə
Zərqələm xala dillənir.
Nəhayət, ağsaqqal gəlişimizin məqsədini deyir:
- Elə biz də gəlmişik ki, öyrənək görək bu nə məsələdir, niyə belə yazırlar.
Deyəsən Bahadır kişi bir qədər yumşalır.
- Keçin içəri…
«Mənim qızım Fransada qab yumaqla dolanır»
Söhbətə Zərqələm xala başlayır.
- Bunlar hamısı o Rahimin işidir. (Məktubu yayan Rahim Namazovu deyir) Erməni-filan məsələsilə də o, məşğul olur, mənim qızım yox! Üç-dörd dəfə türmədə yatıb. Axırda da qaçıb gedib Fransaya. Mənim qızım halal çörəyi ilə dolanan adamdır. Nəvələrim də, özü də orda-burda işləyib quruca çörəklərini qazanırlar. Qızım restoranda qab-qacaq yuyur, nə erməni, nə pul? O, Rahimin əvvəldən Hədiyyə ilə düşmənçiliyi vardı…
- Onlar niyə düşmən olmalı idilər ki?
- Hədiyyəni gözü götürmürdü. Niyə götürsün ki? Gördü ki, qadın olasan, bütün qohumlarını da yığıb aparasan az vaxtda Fransaya. Onlara şərait yaradasan…
- Bəs siz bayaq deyirsiz ki, vəziyyəti pisdir, quruca çörəklərini qazanırlar. İndi isə deyirsiz ki, qohumlarını aparıb onlara şərait yaradır.
Nədənsə bu vaxt Zərqələm xalanı ağlamaq tutur.
Bu dəfə Bahadır kişi danışır.
- Bütün bu söhbətlər nəyə lazımdır ki?
- Sadəcə öyrənmək istəyirdik ki…
- Nəyi öyrənmək istəyirsiz? Qızım neçə il bundan qabaq ərindən boşandı. Burda dul qalıb biabır olmaqdansa çıxdı getdi Fransaya. Beş-altı il bundan əvvəl gəldi. Əvvəl oğlunu evləndirdi, sonra qızını köçürdü. Gəlinini də, kürəkənini də götürüb getdi ora.
- Hələ o biri uşaqlarımı da apardı, - dillənir Zərqələm xala.
- Deyirsiz, bura gəlib toy da edib?
- Hə, iki dəfə gəlib. Tez-tez də telefonla danışırıq.
- Telefon nömrəsini verə bilərsiz mən onunla əlaqə saxlayım?
«Gedin, yatmaq istəyirəm»
Ər-arvad ikisi də tərəddüdlə bir-birinə baxır. Nəhayət, kişi dillənir:
- İtrimişik.
- Bəs şəklini necə, verə bilərsiniz?
- Yox!
Bunu deyib də Bahadır kişi o biri otağa keçib kiminləsə telefonla danışmağa başlayır.
Geri qayıdanda isə başqa tonda:
- Günortadır, yatmaq istəyirəm, gedə bilərsiniz.
- Sizin şəklinizi çəkmək olar?
- Xeyr! Xoş gəldiz.
Mənzili tərk edirik. Bələdçim ağsaqqal haqlıdır:
- O, kiminləsə telefonla danışdı, sonra qəfil çöndü.
Əslində Hədiyyənin – “Zina Tumaynan”ın valideynlərini tapıb qısaca da olsa söhbətləşdiyimiz hardasa uğur idi. Amma bununla da kifayətlənmək olmazdı. Bir də maraqlı bir məqam yaranmışdı. Çünki elə bir az əvvəl DİN sözçüsü, hörmətli Ehsan Zahidov da açıqlamasında Rahim Namazovla bağlı ilginc bir məqama toxunmuşdu. Sitat: “Rahim Namazov Azərbaycanda üç dəfə məhkum olunub. Bundan sonra isə Fransaya gedib. Onun yazdığı məktubda yer alan məlumatlar yoxlanılıb və təsdiqini tapmayıb. Görünür, Rahim Namazovun orada və ya burada onunla şəxsi ədavəti olub və hazırda onun əleyhinə əsası olmayan belə məlumatları yaymaqla qisas alır və ya hansısa başqa niyyəti var".
Sırf təsadüf nəticəsində məlum oldu ki…
Bu nə niyyət ola bilər? Ümumiyyətlə, onlar nədən ədavətdə olmalı və qisas hissi ilə yaşamalıdırlar ki? Əlbəttə, bütün bu suallara cavab vermək çətindir. Amma sırf bir təsadüf bizə bəzi suallara da aydınlıq gətirməyə imkan verdi. Bəli, sırf təsadüf nəticəsində bu məsələdən məlumatı olan və adının açıqlanmasını istəməyən şəxs danışdı.
Onun dediyinə görə, onların hər ikisi, həm Hədiyyə, həm də Rahim Şəkidən Fransaya «transfer»lər həyata keçirirlər.
- Birini mən tanıyırdım. Skripkaçalan Cavid vardı. Bakıda «Avilla» restoranda işləyirdi. Mən bildiyimə görə, onu elə Hədiyyə «Kamo» edib, indi də bu ad altında Fransada yaşayır. Və müqabilində də yaxşı pulunu alıb. Elə o, Rahim də bu işlə məşğul olur. Amma Hədiyyə qədər gücü yoxdu, yəqin. Sizə bir söz də deyim. Təkcə erməni məsələsi deyil. Onlar «mavi», «lesbiyan» adı altında da adamları Avropaya apar bilirlər. Elə bilirsiz Hədiyyəgilin evi təsadüfən yanıb? Adını qoyublar ki, guya kürədən od keçib. Onu bəlkə də acıqla yandırıblar ki, bu iyrənc işlərlə məşğul olmasın. Və çoxu da bu iyrənc ad altında Avropaya getməyə razılaşır. Mən əslində istəməzdim ki, bu kimi məsələlərdə Şəkinin adı hallansın. Əlimizdən nə gəlir ki? Allah hamısının bəlasını versin.
Verməyinə versin, amma maraqlıdır görən, Fransadan göndərilən məktublarda qeyd olunduğu kimi, doğrudanmı «erməniləşmə» belə asanca VVAQ-larda həll olunur?
«Şəkilsiz sənədi xüsusi məhlulla yuya bilirlər»
Miqrasiya üzrə ekspert, Azərbaycan Miqrasiya Mərkəzinin sədri Əlövsət Əliyev bizimlə söhbətində bildirdi ki, əslində hansısa dövlət məmurunun bu cinayətə getməsinə inanmır.
«1951-ci il 28 iyul Cenevrə Konvensiyasında aşağıdakı qrup şəxsə qaçqın statusu verilməsi təsbit edilib. Bunlar siyasi qruplara aid olan, milli, dini və irqi ayrı-seçkiliyə məruz qalan şəxslərdir. İstər əvvəllər, istərsə də indinin özündə də müəyyən mütəşəkkil cinayətkar dəstə Avropada azərbaycanlıların erməni adı altında sığınacaq almasını təşkil edə bilirlər. Elə Hədiyyə - “Zina Tumanyan” məsələsində olduğu kimi. Bu adamlar Azərbaycandan öz pasportu ilə çıxır, getdiyi ölkədə isə pasportunu qəsdən itirərək polisə təslim olaraq dini, mili və ya irqi ayrı-seçkiliyə məruz qaldıqlarını deyirlər. Amma polisə təslim olmamışdan qabaq onlar uzun müddət həmin cinayətkar dəstənin təlimatlarını əzbərləyirlər. Tutaq ki, məhkəmədə bu sual verilsə hansı cavabı verməlidir. Çaşmamaq üçün hətta bir neçə «imtahan» da keçirlər. Hələ status alınmamışdan qabaq belə həmin dəstəyə külli miqdarda pul ödənilir».
Ekspertin dediyinə görə, bu tip sığınacaq almaq istəyənlər çox vaxt şəkilsiz sənədlərdən istifadə etməyə üstünlük verirlər.
«Məsələn, «metrika» dediyimiz yaş kağızı ilə. Yaş kağızında şəkil olmur. Hansısa dəstənin yardımı ilə Avropaya üz tutan şəxs bayaq dediyim kimi pasportunu cırıb atır. Həmin dəstədə xüsusi mütəxəssislər var. Onlar ən yüksək kimya texnologiyalarından istifadə edərək elə məhlullar hazırlayırlar ki, həmin yaş kağızında ata və ya ananın adını, ya soyadı rahatca silib həmin qrafada, tutaq erməni adı yaza bilirlər. Bu da status verilməsini asanlaşdıran məqamlardan biridir».
«Azərbaycan sərhədini erməni adı ilə necə keçmək olar?»
DİN Mətbuat Xidmətinin rəis müavini Ehsan Zahidov Lent.az-a açıqlamasında bildirdi ki, Hədiyyə Bahadır qızı təxminən 7 il bundan əvvəl Fransaya köçüb.
- Onunla birgə bir bacısı, iki qardaşı, habelə övladları da onunla birgədirlər. Bizdə olan məlumata görə, ata və anası da Fransada yaşayır.
- Biz onun ata və anasını Şəkidə tapdıq…
- Ola bilər, yaşlı adamlardı, aparmayıblar…O ki qaldı azərbaycanlıların erməni ad və soyadı ilə burdan Fransaya aparılmasına bu cəfəngiyyatdır. Axı bu necə ola bilər? Bu ölkənin sərhədindən erməni adı altında necə keçə bilərlər?
- Ola bilərmi Azərbaycan pasportu ilə Avropaya getsinlər, sonra…
- Bunu şərh edə bilməyəcəm. Ola bilər ki, kimsə belə addım atsın. O ki qaldı həmin məktubu yayan Rahim Namazova, onun Fransaya necə gedib çıxdığı bəlli deyil. O, üç dəfə məhkum olunub. Ümumiyyətlə, sağlam azərbaycanlı deyil.
Səbuhi Məmmədli,
Bakı-Şəki-Bakı
P.S. Yazıda adıçəkilən Hədiyyə Bahadır qızı və Rahim Novruzovun da fikirlərini dərc etməyə hazırıq.