Unun xarab olub-olmadığını necə müəyyən etmək olar?
18 mart 2026 10:42 (UTC +04:00)

Unun xarab olub-olmadığını necə müəyyən etmək olar?

0

Un qablaşdırmada göstərilən tarixə qədər və ya ondan daha uzun müddət saxlanılsa belə, onun real istifadə müddəti əsasən saxlanma şəraitindən asılıdır. Bəzən olur ki, mətbəx şkafını yığışdırarkən artıq unutduğunuz bir paket un tapırsınız. Qablaşdırmanın üzərində göstərilən tarix artıq keçmiş ola bilər və belə halda sual yaranır: onu istifadə etmək olar, yoxsa atmaq lazımdır?

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mağazalarda satılan unun üzərində adətən təxminən bir illik istifadə müddəti göstərilir. Lakin qablaşdırmadakı tarixə baxarkən “istifadə müddəti” ilə “saxlanma müddəti” arasındakı fərqi nəzərə almaq vacibdir.

Unun xarab olub-olmadığını necə yoxlamaq olar?

Unun xarab olub-olmadığını yoxlamağın ən sadə yolu onu iyləməkdir.

Əgər un küflü və xoşagəlməz qoxu verirsə, yeni paket almağın vaxtıdır.

Xarab olmuş unun qoxusu turş, ağır, küf qoxusuna bənzər və ya hətta kimyəvi maddə və boya qoxusunu xatırladan ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar