3 avtomobil toqquşdu, 3 YARALI 
18 noyabr 2022 02:57 (UTC +04:00)

3 avtomobil toqquşdu, 3 YARALI 

Bakının Sabunçu rayonunda ağır yol qəzası zamanı 3 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.

Sakit Qocayev küçəsində “Toyota” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Orxan Abbasov stop nişanına məhəl qoymayaraq sürətlə əsas yola daxil olub. Bu zaman əsas yolda olan  “VAZ-2107” markalı avtomobil “Toyota”ya dəyərək aşıb. Aşan nəqliyyat vasitəsi baş yolda sola dönmək istəyən Cavidan Məmmədovun idarəetməsində olan “Mercedes”ə çırpılıb. Qəza nəticəsində “Toyota”nın sürücüsü O. Abbasov və sərnişinlər - 1998-ci il təvəllüdlü Elvin Həsənli, 1974-cü il təvəllüdlü Vadim Limocenko ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin təhqiqatçısı hadisə yerinə cəlb edilib. Avtotexniki ekspertiza təyin edilib. Hər üç avtomobil cərimə meydançasına yerləşdirilib.

# 1446
avatar

Oxşar yazılar

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22
NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45
Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR  -VİDEO

Azərbaycanda vəzifəli şəxslər CİNAYƏT BAŞINDA YAXALANDILAR -VİDEO

1 may 2024 , 16:50