4 yaşlı qızın mədəsindən 40-dan çox maqnit  tapıldı
08 iyun 2023 11:15 (UTC +04:00)

4 yaşlı qızın mədəsindən 40-dan çox maqnit tapıldı

Saxalin vilayətində 4 yaşlı qız kiçik maqnit toplarından hazırlanmış qolbağı udub.

Lent.az Rusiya mediasına istinadən bildirir ki, qız xəstəxanaya qarın nahiyəsindəki kəskin ağrılarla daxil olub. Müayinə zamanı həkimlər uşağın qarın boşluğunda kiçik maqnit topları aşkar ediblər. Yad cisimlərin bir-birinə ilişdiyi və mədədə 20-dən çox dəlik yarandığı müəyyənləşib.

Əməliyyat zamanı maqnit topları çıxarılıb və qızın mədəsindəki bütün deşiklər tikilib,

# 1227
avatar

Oxşar yazılar