Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY
26 aprel 2024 10:30 (UTC +04:00)

Polis xilas etməyə getdiyi şəxsi öldürdü - ŞOK OLAY

Rusiyanın Sankt-Peterburq şəhərində polis intihardan xilas etmək üçün gəldikləri şəxsi güllələyib.

Lent.az yerli mediaya istinadla bildirir ki, aprelin 26-da səhər saatlarında Anqliski prospekti 60 ünvanındakı mənzillərdən birində bir nəfər çoxlu həb içərək özünü zəhərləməyə cəhd edib. Bu barədə Admiralteyski rayon polisinə məlumat daxil olub.

Hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlib. Lakin polislər mənzilə daxil olanda həmin şəxs yastığın altından tapançanı götürərək Daxili İşlər Nazirliyinin əməkdaşına atəş açıb və onu çiynindən yaralayıb.

Buna cavab olaraq digər polis zabiti silahlı şəxsə atəş açıb və onu öldürüb. Xəsarət alan polis əməkdaşı xəstəxanaya aparılıb.

# 2457
avatar

Oxşar yazılar