Tovuzda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az xəbər verir ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Mercedes VİTO" markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 50 yaşlı E. Qarayevi vurub.
Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərinin müdaxiləsinə baxmayaraq kişi xəstəxanada ölüb.(APA)