Məşhur çimərliyə giriş bağlandı
17 avqust 2025 02:41 (UTC +04:00)

Məşhur çimərliyə giriş bağlandı

Böyük Britaniyanın məşhur çimərliklərindən biri hesab edilən və BBC-nin məşhur “Poldark” serialında nümayiş etdirilən Kornuoldakı Pedn Vounder çimərliyinə giriş təhlükəsizlik səbəblərinə görə məhdudlaşdırılıb.

Lent.az “Independent”ə istinadla xəbər verir ki, Kornuolda yerləşən və füsunkar mənzərəsi, şəffaf firuzəyi suları ilə tanınan bu sahilə gedən yol “National Trust” fondu tərəfindən bağlanıb.

Adətən yay mövsümündə turistlərlə dolu olan bu sakit çimərliyə aparan uçurum yolunun girişinə qırmızı xəbərdarlıq lövhəsi qoyulub. Bildirilib ki, yolun bəzi hissələri eroziya nəticəsində dağılıb, dik yamaclar yaranıb və sahilə eniş isə təxminən altı metrlik şaquli qayadan ibarət olub. Buna görə də insanların təhlükəsizliyinə görə, giriş müvəqqəti dayandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228

Oxşar yazılar