İlhami Nəsibov
17 avqust 2025 16:21 (UTC +04:00)

İlhami Nəsibov

Bloger-jurnalist İlhami Nəsibov həbs edildi

Ağdam rayonunda bir neçə şəxsdən barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul tələb edən İlhami Nəsibov tutulub.

Özünü sosial şəbəkələrdəki “Kanal-21” səhifəsinin idarəçisi və jurnalist kimi təqdim edən 2000-ci il təvəllüdlü İlhami Nəsibov ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlərdə pul tələb etməkdə təqsirli bilinir.

Müvafiq qərarla İ.Nəsibov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Onun barəsində başlanan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

İ.Nəsibovun əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 474

Oxşar yazılar