Abşeronda DƏHŞƏTLİ CİNAYƏT:  kişi arvadını öldürdü-YENİLƏNİB
29 aprel 2024 09:07 (UTC +04:00)

Abşeronda DƏHŞƏTLİ CİNAYƏT: kişi arvadını öldürdü-YENİLƏNİB

Arvadını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Bu barədə Lent.az-a Abşeron rayon prokurorluğundan məlumat verilib.  

Aprelin 28-də saat 21 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 1976-cı il təvəllüdlü Sevinc Əhmədağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Araşdırma zamanı 1974-cü il təvəllüdlü Laçın Əhmədağayevin yaşadıqları evdə arvadı Sevinc Əhmədağayevaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Laçın Əhmədağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub. 

Hazırda ibtidai istintaq davam edir.

 

***

28 aprel

23:13

 

Aprelin 28-də saat 22:30-də Abşeron rayonu ərazisində 48 yaşlı Ağayeva Sevincin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən S.Ağayevin həyat yoldaşı Laçın Ağayev saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.

# 5739
avatar

Oxşar yazılar