İngiltərə Premyer Liqasının ƏN YAXŞI OYUNÇUSU  seçilib
19 may 2024 02:39 (UTC +04:00)

İngiltərə Premyer Liqasının ƏN YAXŞI OYUNÇUSU seçilib

“Mançester Siti”nin hücumameyilli yarımmüdafiəçisi Fil Foden İngiltərə Premyer Liqasında cari mövsümün ən yaxşı oyunçusu seçilib.

Lent.az xəbər verir ki, bu barədə “şəhərlilər”in rəsmi saytında məlumat yer alıb.

Cari ölkə çempionatında 23 yaşlı futbolçu 34 oyun keçirib, 17 qol vurub və 8 məhsuldar ötürmə edib.

İngilis futbolçunun transfer qiyməti 130 milyon avro qiymətləndirilir, onun "Mançester Siti" ilə əmək müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2472
avatar

Oxşar yazılar