Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar
18 may 2024 20:14 (UTC +04:00)

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

Şəkidə ağır yol qəzası baş verib.

Lent.az xəbər verir ki, hadisə axşam saat 17 radələrində İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun Şəki rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan iki minik avtomobili toqquşub.

Qəza zamanı avtomobilin sürücüsü Qəbələ rayon sakini və onun avtomobilində olan Bakı şəhər sakini olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Oxşar yazılar