Adnan Əhmədzadə ilə bağlı məhkəmədən YENİ QƏRAR
13 yanvar 2026 18:36 (UTC +04:00)

Adnan Əhmədzadə ilə bağlı məhkəmədən YENİ QƏRAR

0

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Lent.az  xəbər verir ki, bununla bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb və qərar qəbul edilib.

Qərara əsasən, Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, Adnan Əhmədzadə ötən ilin sentyabr ayında DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar