Direktorun otağında canlı yayım açan müəllim  işdən çıxarıldı - VİDEO
26 oktyabr 2026 15:23 (UTC +04:00)

Direktorun otağında canlı yayım açan müəllim işdən çıxarıldı - VİDEO

1

Göygöl rayonunun Bənövşəli kənd tam orta ümumtəhsil məktəbinin musiqi müəllimi Günay Məmmədovanın əmək müqaviləsinə xitam verilib.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən Lent.az-a bildirilib ki, müəllimin sosial şəbəkələrdə yayılan videolarda nümayiş etdirdiyi davranışlar və işlətdiyi ifadələr pedaqoji etika normalarına ziddir.

G.Məmmədovanın məktəbdə canlı yayımlar açaraq tədris prosesinə müdaxilə etməsi və təhsil müəssisəsinin normal fəaliyyətinə mane olması yolverilməzdir. Bu hallar və qanunvericiliyin tələbləri nəzərə alınaraq müəllimin əmək müqaviləsinə xitam verilib. 

İdarə bu cür hallara qarşı qanunvericiliyə uyğun tədbirlərin görüləcəyini bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 584

Oxşar yazılar