Bakıda şadlıq sarayının önündə KÜTLƏVİ DAVA  - VİDEO  - YENİLƏNİB
27 oktyabr 2026 08:21 (UTC +04:00)

Bakıda şadlıq sarayının önündə KÜTLƏVİ DAVA - VİDEO - YENİLƏNİB

0

Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında qeydə alınan görüntülər nişan mərasimində foto çəkdirməyə görə qohumlar arasında yaranan mübahisəni əks etdirir.

Lent.az xəbər verir ki, sərxoş vəziyyətdə mübahisə edən 4 nəfər polis tərəfindən saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

***

22:47

Bakıda daha bir kütləvi dava olub.

Lent.az xəbər verir ki, hadisə Xətai rayonu, Əhmədli qəsəbəsində yerləşən "Təbrik" şadlıq sarayının qarşısında qeydə alınıb.

İki qrup gənc arasında naməlum səbəbdən münaqişə yaranıb.

Əldə etdiyimiz məlumata görə, polis insidentlə bağlı araşdırma aparır.

Qeyd edək ki, 2 gün əvvəl də Əhmədli qəsəbəsində qətllə nəticələnən kütləvi dava olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 996

Oxşar yazılar