Ailənin 5 üzvü ölmüşdü, indi də evləri yandı  - AĞSTAFADA FACİƏ
05 yanvar 2026 15:41 (UTC +04:00)

Ailənin 5 üzvü ölmüşdü, indi də evləri yandı - AĞSTAFADA FACİƏ

0

Ağstafada yanğın hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qırılı kəndində Sahil İsmayılova məxsus evdə qeydə alınıb.

Hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb edilib. Yanğın söndürülüb, evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edək ki, İsmayılovlar ailəsinin 5 üzvü bir ildə müxtəlif vaxtlarda bədbəxt hadisələr nəticəsində ölüb. 2024-cü ilin avqust ayında 2 yaşlı Gülxar İsmayılzadə, daha sonra onun nənəsi və babası, ailənin digər azyaşlı övladı ölüb. Ötən il iyulun 8-də isə ailənin gəlini Şəfayət İsmayılova şüşə silərkən nərdivandan yıxılaraq ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin və prokurorluğun əməkdaşları əraziyə baxış kecirib. Hazırda yanğının səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 878

Oxşar yazılar