Stallone Şvartseneggerlə 20 illik düşmənçiliyindən  danışdı
27 oktyabr 2026 10:14 (UTC +04:00)

Stallone Şvartseneggerlə 20 illik düşmənçiliyindən danışdı

0

Hollivudun məşhur aktyoru Silvestr Stallone həmkarı Arnold Şvartseneggerlə 20 il davam edən düşmənçiliyinin təfərrüatlarını açıqlayıb.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 80 yaşlı aktyor onların arasındakı rəqabətin sadəcə tamaşaçılar üçün yaradılmış görüntü olmadığını bildirib.

“Biz bir-birimizə qarşı amansız mübarizə aparırdıq. Bu, zarafat deyildi. Əsl ölüm-dirim savaşı idi. Sanki Roma Kolizeyində üz-üzə gəlməli idik”, – Stallone etiraf edib.

Aktyorun sözlərinə görə, aralarındakı düşmənçilik hər ikisini daha çox çalışmağa və uğur qazanmağa sövq edib.

“Bu, bir döyüşçünün digərini təhqir etməsinə bənzəyirdi. Qarşı tərəf rəqibini məğlub etmək üçün daha çox məşq edirdi. Əslində, bizim bir-birimizə ehtiyacımız var idi”, – o bildirib.

İki Hollivud ulduzu arasındakı qarşıdurmanın ilk qığılcımları 1977-ci ildə keçirilən “Qızıl Qlobus” mərasimində yaranıb. Həmin vaxt Şvartsenegger ən yaxşı aktyor debütü mükafatını qazanıb, Stallone isə “Rokki” filmi ilə diqqət mərkəzində olub.

Sonrakı illərdə onların rəqabəti daha da güclənib. Xüsusilə 1980-ci illərdə döyüş filmlərinin ən böyük ulduzları sayılan aktyorlar bir-birlərini geridə qoymağa çalışıblar.

Lakin illər sonra iki məşhur barışmağa nail olub. Hazırda dostluq münasibətləri saxlayan aktyorlar birlikdə bir neçə filmdə də rol alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 114

Oxşar yazılar