Astarada mikroavtobus aşdı: toya gedən qadınlar  öldü - YENİLƏNİB
03 yanvar 2026 19:00 (UTC +04:00)

Astarada mikroavtobus aşdı: toya gedən qadınlar öldü - YENİLƏNİB

0

Astarada mikroavtobusun aşması nəticədində iki nəfər ölüb.

Lent.az APA-ya istinadla bildirir ki, qəzada ölənlərin 30 yaşlı Əfsanə Baxşıyeva və 65 yaşlı Səyyarə Həsənova olduğu bildirilir.

Qəzada 5 nəfər xəsarət alıb. Məlumata görə, onlar toya gedirmiş.

***
18:26

Astarada yol qəzası baş verib.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Təngərud kəndi ərazisində qeydə alınıb.

Astara-Lənkəran xətti ilə hərəkətdə olan "Mercedes Sprinter" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq elektrik dirəyinə çırpılıb. Mikroavtobus daha sonra aşıb.

Qəza nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir.

Elektrik dirəyi aşdığına görə, xətlər qırılıb, ətraf ərazilərə enerji verilişində fasilə yaranıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1744

Oxşar yazılar