Axtarışda olan şəxsi şkafın üstündə  tapdılar
16 mart 2024 12:36 (UTC +04:00)

Axtarışda olan şəxsi şkafın üstündə tapdılar

Türkiyədə axtarışda olan şəxs gizləndiyi evdə saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Ankara və İzmir şəhərlərində daha çox oğurluq cinayətləri ilə əlaqədar axtarışda olan V.K.-nın Keçiören qəsəbəsində gizləndiyi məlum olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə o, həmin evin yataq otağındakı şkafın üstündə tapılıb.

Belə ki, V.K. gizlənmək üçün həmin şkafın üzərinə çıxıb və yayınmağa cəhd edib.

Məlumata əsasən, V.K. barəsində müxtəlif cinayətlərlə bağlı ümumilikdə 100 ildən artıq həbs cəzası seçilib.

# 2685
avatar

Oxşar yazılar