Azərbaycana  40 kilodan çox   narkotik keçirmək istədilər
07 dekabr 2022 12:15 (UTC +04:00)

Azərbaycana 40 kilodan çox narkotik keçirmək istədilər

Azərbaycana külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. 

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə,  dekabrın 4-ü saat 21:40-da Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nın keçirdiyi sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində saat 22 radələrində Astara rayonu, Pensər kəndi ərazisində "07-BF-653" dövlət qeydiyyat nişanlı “Ford tranzit” markalı avtomobil şübhə doğurduğu üçün saxlanılıb.

Avtomobili idarə edən şəxsin Astara rayonu, Pensər kənd sakini 44 yaşlı Məmmədov Güloğlan Həsənağa oğlu olması müəyyən edilib. Avtomobilə baxış zamanı 3 ədəd bağlamada ümumi çəkisi 42 kiloqram 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kiloqram 70 qram heroin, 11 kiloqram 620 qram həşiş, 4 kiloqram 525 qram marixuana, 4 kiloqram 40 qram tiryək, 2 kiloqram 820 qram metamfetamin və 4190 ədəd “metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1870

Oxşar yazılar

Bakıda avtomobilin vurub öldürdüyü  şəxsin adı bilindi - HADİSƏ ANI

Bakıda avtomobilin vurub öldürdüyü şəxsin adı bilindi - HADİSƏ ANI

21 iyun 2025 , 09:24
Azərbaycanda jurnalist vəfat etdi

Azərbaycanda jurnalist vəfat etdi

21 iyun 2025 , 09:11
Gəncədə iki nəfər  qidadan zəhərləndi

Gəncədə iki nəfər qidadan zəhərləndi

20 iyun 2025 , 23:59
Gənc oğlan Araz çayında  batdı   -  YENİLƏNİB

Gənc oğlan Araz çayında batdı - YENİLƏNİB

20 iyun 2025 , 19:41
Füzulidə kişi evinin həyətində ölü tapıldı

Füzulidə kişi evinin həyətində ölü tapıldı

20 iyun 2025 , 19:33
Özünə qəbir qazdırdı, 1 gün sonra öldü

Özünə qəbir qazdırdı, 1 gün sonra öldü

20 iyun 2025 , 18:17
Polis polkovniki həbs olundu

Polis polkovniki həbs olundu

20 iyun 2025 , 17:48
Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR

Məhkəmədən Hacı Vəliyevlə bağlı YENİ QƏRAR

20 iyun 2025 , 17:40