Azərbaycanda AİLƏ DRAMI  – Keçmiş arvadını kürəyindən vurdu
31 mart 2023 13:03 (UTC +04:00)

Azərbaycanda AİLƏ DRAMI – Keçmiş arvadını kürəyindən vurdu

0

Beyləqan rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yuxarı Aran kəndində qeydə alınıb. 

Kənd sakini 1965-ci il təvəllüdlü Yaqub Hüseynov aralarında yaranmış münaqişə zəminində keçmiş arvadı 1967-ci il təvəllüdlü Nəzakət Hüseynovanı bıçaqlayıb. 

Kürək nahiyəsindən bıçaq xəsarəti alan qadın xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Y.Hüseynov isə tutulub. 

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda araşdırılma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2463

Oxşar yazılar