Azərbaycanda intihar edən kişi gizlicə dəfn edildi
02 iyun 2022 14:10 (UTC +04:00)

Azərbaycanda intihar edən kişi gizlicə dəfn edildi

Azərbaycanda 1 il əvvəl özünü öldürən şəxsin gizlicə dəfn edildiyi məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Gədəbəy rayonunun Söyüdlü kəndində qeydə alınıb.

Araşdırmalarla müəyyən edilib ki, ötən ilin mart ayında qəfil vəfat etmiş kimi qeydiyyata alınan 35 yaşlı Akif Abdullayev yaşadığı evin həyətində özünü asıbmış.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

# 3753
avatar

Mehman Nəbiyev

Oxşar yazılar