Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı
25 aprel 2024 15:16 (UTC +04:00)

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb.

Uşaq təcili xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

# 2031
avatar

Oxşar yazılar