Daşqında ölənllərin sayı 90 oldu
08 may 2024 03:15 (UTC +04:00)

Daşqında ölənllərin sayı 90 oldu

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb.

Lent.az xəbər verir ki, “G1” portalı bu barədə Rio-Qrandi-du-Sul ştatının Mülki Müdafiə Xidmətinə istinadla məlumat yayıb.

Bildirilib ki, Braziliyanın Argentina və Uruqvayla sərhədyanı rayonlarında təbii fəlakət nəticəsində 362 insan xəsarət alıb, 131 nəfər isə itkin düşüb. Yağışlar və qasırğa 1,17 milyondan çox insana zərər vurub.

Ştatın inzibati mərkəzi Portu-Aleqridə və paytaxt regionunda vəziyyət kritik həddədir. Region əhalisinin təxminən 85 faizi içməli sudan məhrum olub.

Qeyd edək ki, Braziliyanın cənub rayonları ötən həftənin əvvəlindən bəri güclü yağışların təsiri altındadır.

# 1806
avatar

Oxşar yazılar