Bakı vasitəsilə Ukraynaya getmək istəyirmiş: terrorizmə çağırış  edən həbs olundu
03 noyabr 2026 09:38 (UTC +04:00)

Bakı vasitəsilə Ukraynaya getmək istəyirmiş: terrorizmə çağırış edən həbs olundu

0

Rusiyanın paytaxtı Moskvada internetdə terrorizmə açıq çağırış etməkdə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, 31 yaşlı şəxs “Telegram” mesencerindəki qruplarda Rusiyada terror təşkilatı kimi tanınan və fəaliyyəti qadağan edilən “Rusiya Könüllülər Korpusu”nu (RDK) dəstəkləyən şərhlər paylaşıb.

Onun barəsində internet vasitəsilə terrorizmə açıq çağırışlar etmək ittihamı ilə cinayət işi başlanılıb.

Məhkəmə materiallarına əsasən, şübhəli şəxs ötən həftə həbs edilib. Onun istintaq təcridxanasında nə qədər saxlanılacağı açıqlanmayıb.

Qeyd edək ki, oktyabrın 20-də İkinci Qərb Dairə Hərbi Məhkəməsi RDK-ya qoşulmağa cəhddə təqsirli bilinən Nijni Tagil sakinini 13 il müddətinə azadlıqdan məhrum edib.

İstintaq müəyyən edib ki, həmin şəxs Ukraynaya gedərək təşkilata qoşulmaq üçün iki dəfə cəhd göstərib.

O, ötən ilin sentyabrında Moskvanın Vnukovo hava limanına gələrək Minsk, Bakı, İstanbul və Sarayevo üzərindən Ukraynaya getməyi planlaşdırıb. Lakin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 356

Oxşar yazılar