Bakıda "avtoş" yol polisinini başına oyun açdı   - HADİSƏ ANI
27 mart 2024 10:00 (UTC +04:00)

Bakıda "avtoş" yol polisinini başına oyun açdı - HADİSƏ ANI

Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən daha bir sürücü həbs edilib.

Daxili İşlər Nazitliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “KİA” markalı, 77-EC-134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də o, buna məhəl qoymayaraq hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü Məhərrəmov Zirəddin Firəddin oğlu saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı Z.Məhərrəmovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

# 2919
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Neftçilər prospekti bağlandı

Neftçilər prospekti bağlandı

2 may 2024 , 08:07
Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var  - FOTO

Bakıda "Malibu" yük maşınına çırpıldı, yaralı var - FOTO

2 may 2024 , 03:30
Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

2 may 2024 , 02:22
NAXÇIVANDA DƏHŞƏT:   Ocaq qalamaq istədi, yandı

NAXÇIVANDA DƏHŞƏT: Ocaq qalamaq istədi, yandı

1 may 2024 , 23:10
“Gənclik”də sərnişin qatar yoluna düşüb

“Gənclik”də sərnişin qatar yoluna düşüb

1 may 2024 , 22:46
Göyçayda gənc qız özünü asdı

Göyçayda gənc qız özünü asdı

1 may 2024 , 20:46
Polis iş yerində özünü öldürdü

Polis iş yerində özünü öldürdü

1 may 2024 , 19:37
Azyaşlı  binadan yıxılıb   öldü

Azyaşlı binadan yıxılıb öldü

1 may 2024 , 18:45