Qadın 13 yaşından oğlana təcavüz etdi
02 may 2024 06:11 (UTC +04:00)

Qadın 13 yaşından oğlana təcavüz etdi

İngiltərədə 13 yaşından oğlanı bir neçə dəfə zorlayan Yorkşirli qadının məhkəməsi keçirilib.

Lent.az xəbər verir ki, bu barədə "Daily Mirror" məlumat yayıb.

21 yaşlı Emili Hediqan məktəbli ilə cinsi əlaqədə olmaqda, baş verənləri videoya çəkməkdə, sonra isə həmin videoları başqa şəhərdə müəyyən bir şəxsə göndərməklə pul əldə etməkdə ittiham olunurdu.

Məlum olub ki, qadın əldə etdiyi gəlirlə borclarını ödəyib həm də narkotik vasitələrdən istifadə edib. 

Məhkəmədə deyildiyi kimi, oğlan psixoloji sarsıntı keçirib.

Hediqan günahını tam etiraf edib, lakin cinayəti törətməyə məcbur olduğunu bildirib.

Cümə axşamı, aprelin 25-də məhkəmə qadını 4 il 8 ay müddətinə azadlıqdan məhrum edib. 

# 2946
avatar

Oxşar yazılar