Bakıda axtarışda olan şəxs külli miqdarda oğurluq etdi
14 sentyabr 2023 11:33 (UTC +04:00)

Bakıda axtarışda olan şəxs külli miqdarda oğurluq etdi

Bakıda köşk və ev qarət olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində köşklərin birindən 150 manat pul, 2000 manat dəyərində tütün məmulatı, bir evdən isə 2250 manat pul və mobil telefon oğurlanıb.

Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Yevlax rayon sakini Nurlan İsmayılov müəyyən olunaraq saxlanılıb. 

Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2275

Oxşar yazılar