Roma Papası XIV Lev Ukrayna və Qəzza ilə bağlı çağırış edib.
Lent.az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, Roma Papası ilk bazar ayinində Ukraynada ədalətli və dayanıqlı sülhün təmin olunmasına, Qəzzada atəşin dayandırılmasına, girovların azad edilməsinə, humanitar yardımların çatdırılmasına çağırıb.
İkinci Dünya Müharibəsinin 80 il əvvəl başa çatdığını xatırladan XIV Lev bu gün dünyanı bürüyən münaqişələri yolverilməz sayıb, bunu Üçüncü Dünya Müharibəsinin “hissələri” kimi qiymətləndirib.