Azərbaycanlı məmur 40 milyon  verib HƏBSDƏN ÇIXDI
10 may 2025 16:05 (UTC +04:00)

Azərbaycanlı məmur 40 milyon verib HƏBSDƏN ÇIXDI

Ukrayna Dövlət Fiskal Xidmətinin sabiq rəhbəri, azərbaycanlı Roman Nəsirovun azadlığa çıxması üçün girov qoyulub.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə Ali Antikorrupsiya Məhkəməsinin nümayəndəsi Olesya Çemeris məlumat verib.

Qeyd olunur ki, məhkəmə Nəsirovun həbsdən buraxılması üçün məbləği 27 milyon qrivnadan 40 milyona (təxminən 1 miylon 640 min manat) qaldırıb. Nəticədə Nəsirovun azadlığa buraxılması üçün 40 milyon qrivna ödənilib.

Xatırladaq ki, aprelin 24-də Ali Antikorrupsiya Məhkəməsi Dövlət Fiskal Xidmətinin sabiq sədri Roman Nəsirovun həbsinə qərar verib.

O, iş adamı Oleq Baxmatyuka məxsus şirkətlərə ƏDV-nin qaytarılması müqabilində 722 milyon qriven məbləğində rüşvət almaqda ittiham olunur.

Nəsirov həmçinin könüllü olaraq Ukrayna Silahlı Qüvvələrinə (USQ) səfərbər olunub və buna görə onun vəkili cinayət işinin dayandırılması barədə vəsatət qaldırmışdı. Lakin briqada komandiri səfərbərlik əmrini qanunsuz hesab edərək onu ləğv edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 777

Oxşar yazılar