Bakıda binada YANĞIN:  bir nəfər...
29 mart 2023 23:53 (UTC +04:00)

Bakıda binada YANĞIN: bir nəfər...

Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 m² sahədə mətbəx mebeli, 1 ədəd aspirator, 1 ədəd paltaryuyan maşın və 1 ədəd qabyuyan maşın yanıb.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Qeyd olunub ki, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

# 2508
avatar

Oxşar yazılar