İtaliya çempionu "İnter"in baş məşqçisi Simone İnzaqi komandasının maliyyə imkanlarını Avropanın aparıcı klubları ilə müqayisə edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, A Seriyasının 36-cı turunda “İnter” “Torino”nu 2:0 hesabı ilə məğlub edib və lider “Napoli”dən 1 xal geri qalır.
“Təəssüf ki, Skudettonun taleyi artıq bizim əlimizdə deyil, amma səylərimizi davam etdirməliyik.
Bu oyunda iştirak etməyən futbolçular "Latsio" ilə oyunu da buraxacaqlar. Onlar “Komo” ilə son tur oyununda oynaya bilərlər.
“Barselona” ilə yarımfinal cavab oyununa yenidən baxdım, çünki onu fərqli prizmadan görmək maraqlı idi. Bütün oyunçular hər şeyi verdilər. Bu, Çempionlar Liqasının finalına yüksəlməyin yeganə yoludur.
Çoxları deyir ki, “İnter”in kiçik heyəti var, amma bizdə PSJ, “Mançester Siti” və ya “Bavariya”nın büdcəsi yoxdur. Ona görə də biz daha mütəşəkkil olmalıyıq. Belə bir ürəklə hamıya qarşı mübarizə apara bilərik", - İnzaqi söyləyib.
Mayın 31-də Münhendə Çempionlar Liqasının finalında "İnter" Fransa çempionu PSJ ilə qarşılaşacaq.