Bakıda ƏMƏLİYYAT:  silahlılar saxlanıldı - VİDEO
11 mart 2024 17:59 (UTC +04:00)

Bakıda ƏMƏLİYYAT: silahlılar saxlanıldı - VİDEO

Sabunçu rayonunda silahlı şəxslər saxlanılıb.
 
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbirlərlə əvvəllər məhkum olunmuş, 1974-cü il təvəllüdlü Yədayi Tofiq üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb.

Ondan “Kalaşnikov-74” markalı avtomat, 1 ədəd patron darağı və 9 ədəd patron aşkar olunaraq götürülüb. T.Yədayi silahı bir müddət əvvəl əldə etdiyini, lakin polisə könüllü təhvil vermək əvəzinə özündə saxladığını bildirib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Sabunçu RPİ-nin NMB-nin əməkdaşlarının bir müddət əvvəl həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər – Bağırov Rafiq və Vahabov Elxan da saxlanılıblar. Bu şəxslərdən isə ümumilikdə 2 ədəd “Makarov” tapançası, 2 ədəd patron darağı və 11 ədəd patron aşkar olunub.

# 3465
avatar

Oxşar yazılar

Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

9 may 2024 , 17:56
Malıbəylidə insan sümükləri  tapıldı

Malıbəylidə insan sümükləri tapıldı

9 may 2024 , 15:48
Ağdamda uşağı ilan sancdı

Ağdamda uşağı ilan sancdı

9 may 2024 , 12:59
İcra başçısının xanım müavini VƏFAT ETDİ

İcra başçısının xanım müavini VƏFAT ETDİ

9 may 2024 , 12:07
Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

Yüksək vəzifəli polis bu əməllərinə görə HƏBS OLUNDU

9 may 2024 , 11:00
Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda evdən meyit tapıldı

9 may 2024 , 10:26
Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

Mingəçevirdə gənc oğlan insanların pulunu belə ələ keçirdi - VİDEO

9 may 2024 , 09:35
Qubada çörək sexi YANDI

Qubada çörək sexi YANDI

8 may 2024 , 23:27